Şriftin ölçüsü :

Saytın rəngi :

Ahıllar Günü münasibətilə tənha yaşayan ahıllar ziyarət olunub

30 sentyabr 2026 | 17:54

Beynəlxalq Ahıllar Günü münasibətilə 30.09.2026-cı il tarixdə Zərdab Rayon İcra Hakimiyyətinin və Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin tabeliyində fəaliyyət göstərən Zərdab Uşaq və Ailələrə Dəstək Mərkəzinin birgə təşkilatçılığı ilə bir qrup tənha yaşayan ahıl şəxsin ailələrinə səfərlər həyata keçirilib. Səfərlər zamanı ahılların sosial və məişət şəraiti ilə maraqlanılıb, onların qayğı və ehtiyacları dinlənilib. Ahıl şəxslərlə səmimi söhbətlər aparılıb, onların həyat təcrübəsi, ailə dəyərləri və cəmiyyətin keçdiyi inkişaf yolu ilə bağlı xatirələri dinlənilib. Görüşlərdə vurğulanıb ki, ahıl insanların diqqət və qayğı ilə əhatə olunması, onların cəmiyyətin fəal və dəyərli üzvləri kimi daim diqqətdə saxlanılması mühüm əhəmiyyət daşıyır. Ahılların zəngin həyat təcrübəsi, milli-mənəvi dəyərlərin qorunmasında və gənc nəslin tərbiyəsində mühüm rol oynayır.

Keçidlər