Şriftin ölçüsü :

Saytın rəngi :

"Müzəffər Ali Baş Komandan, biz ailəliklə müharibənin davam etdiyi 44 gün ərzində hər gün televizorda Sizi izləyir, Sizin yorulmaz fəaliyyətinizin şahidi olurduq"

02 dekabr 2020 | 16:00

Cənab Prezident.

Sizi, ölkəmizin işıqlı, xoşbəxt, firavan bu gününün və gələcəyinin təminatçısı kimi səmimi qəlbdən təbrik edir, Sizə, ailə üzvlərinizlə birlikdə uzun ömür, cansağlığı arzulayırıq. Bəli, Azərbaycan dövləti çox xoşbəxt bir dövlətdir. Çünki onun başında qəlblərdə həmişəyaşar ümummilli lider Heydər Əliyev irsinin davamçısı dayanır.

Müzəffər Ali Baş Komandan, biz ailəliklə müharibənin davam etdiyi 44 gün ərzində hər gün televizorda Sizi izləyir, Sizin yorulmaz fəaliyyətinizin şahidi olurduq. Sizin dünya mətbuat nümayəndələrinə verdiyiniz dürüst, dolğun və mən deyərdim, əsl kişi mərdliyini əks etdirən müsahibələriniz bizi qürrələndirirdi və inanırdıq ki, Qələbə çox yaxındadır. Bu sevinci Azərbaycan xalqına Siz nəsib etdiniz. Siz tarixə sülhsevər, mübariz dünya lideri kimi düşdünüz. Vəhşi erməni terroristlərinin torpaqlarımızdan çıxarılmasında göstərdiyinz hümanizm bütün dünyaya bir örnək oldu. Biz Sizinlə fəxr edirik. Allah, Sizi Azərbaycan xalqına çox görməsin. Amin!

Hörmətlə,

Kifayət Səfərəliyeva

Azərbaycan Respublikası, Zərdab şəhəri.

Keçidlər