Şriftin ölçüsü :

Saytın rəngi :

"Cənab Prezident, Azərbaycan xalqı nə qədər mövcuddursa bizə başqa lider lazım deyil. Siz bizim əvəzolunmaz sərkərdəmizsiniz"

08 dekabr 2020 | 16:00

Müzəffər Ali Baş Komandan.

Sizi və xalqımızı təbrik edirəm. Bu Qələbəmiz bütün dünyaya Azərbaycan Ordusunun gücünü göstərdi. Sizin sayənizdə bu xoş günləri biz yaşadıq. Bir gənc olaraq mən Sizinlə eyni bir əsrdə yaşadığım üçün, gözəl günlərin şahidi olduğum üçün çox sevinirəm.

Cənab Prezident, mənim qardaşım da könüllü döyüşlərdə iştirak edib hal-hazırda Qarabağ ərazisindədir.

Cənab Prezident, Azərbaycan xalqı nə qədər mövcuddursa bizə başqa lider lazım deyil. Siz bizim əvəzolunmaz sərkərdəmizsiniz.

Uca Allah Sizi, ailənizi və xalqımızı qorusun. Daim Sizin arxanızdayıq, Sizinləyik. Dövlətimizi Sizə, Sizi isə Uca Allaha əmanət edirəm.

Hörmətlə,

Rəşid Mahmudov

Azərbaycan Respublikası, Zərdab rayonu, Körpükənd kəndi.

Keçidlər