Şriftin ölçüsü :

Saytın rəngi :

Zərdabda bir qrup Vətən müharibəsinin iştirakçıları ilə görüş keçirilmişdir

08 yanvar 2021 | 16:00

Rayon İcra Hakimiyyəti başçısının tapşırığı əsasında Rayon İcra Hakimiyyətinin və SHXÇDX-nin Zərdab bölməsinin əməkdaşlarının iştirakı ilə 28 dekabr 2020-ci il tarixdə Zərdab rayonunun Alıcanlı kənd sakini Vətən müharibəsi iştirakçısı, “Cəsur döyüşçü” medalı ilə təltifedilmiş Vəliyev Vüqar Əyyub oğlunun, 07 yanvar 2021-ci il tarixdə isə Dəkkəoba kənd sakinləri Vətən müharibəsi iştirakçıları “Cəsur döyüşçü” və “Xocavəndin azad olunmasına görə” medalı ilə təltif edilmiş Kərimov Hüseyn Elşən oğlunun, “Xocavəndin azad olunmasına görə” medalı ilə təltif edilmiş Zeynallı Qorxmaz Hamlet oğlunun və Xəlilov Elgün Qənbər oğlunun ailələri  ilə görüş keçirilmiş, onların səhhəti və problemləri ilə maraqlanılmış, ailələrinə sovqatlar çatdırılmış, valideynlərinə belə vətənpərvər övlad yetişdirdiklərinə görə minnətdarlıq edilmişdir. Görüş zamanı döyüşdə göstərdikləri şücaətə görə hər bir vətəndaşımızın qazilərlə fəxr etdiyi bildirilmiş, dövlətimizin hər zaman onların yanında olduğu və Rayon İcra Hakimiyyəti tərəfindən onları narahat edən məsələlərin nəzarətdə saxlanıldığı diqqətə çatdırılmışdır.

Keçidlər