Şriftin ölçüsü :

Saytın rəngi :

Hörmətli cənab Prezident, Sizə bütün şəhid ailələri adından sonsuz təşəkkürlərimizi bildiririk

22 yanvar 2021 | 16:00

Hörmətli cənab Prezident,

Bütün xalqımız kimi mən də Sizin şəhid ailələrinə və qazilərimizə göstərdiyiniz diqqət və qayğının canlı şahidiyəm. Bu xeyirxah xidmətlərinizə görə Azərbaycan xalqı daim Sizə minnətdar olacaqdır. Allah Vətən torpaqları uğrunda canından keçən bütün şəhidlərimizə rəhmət eləsin, qazilərimizi isə sağlamlığına qovuşdursun.

Mən bir şəhid atası kimi nəvəmin işlə təmin olunması ilə bağlı müraciətimə baxılaraq, qısa bir zamanda problemimizin həll olunmasına görə Sizə və əməyi keçən hər bir kəsə minnətdarlığımı bildirirəm. Nə yaxşı ki, varsınız.

Sizə bütün şəhid ailələri adından sonsuz təşəkkürlərimizi bildiririk.

Allah Sizi qorusun!

Hörmətlə,

Cəbişov Qulu, şəhid atası.

Azərbaycan Respublikası, Zərdab rayonu, Yarməmmədbağı kəndi.

Keçidlər