Şriftin ölçüsü :

Saytın rəngi :

Əhaliyə göstərilən ödənişli xidmətlər haqqında

02 fevral 2021 | 16:00

2020-ci ilin yanvar-dekabr aylarında Zərdab rayonu üzrə əhaliyə göstərilən ödənişli xidmətlərin ümumi həcmi 11866,0 min manat olmuşdur. Xidmətlərin 35,0 faizi hüquqi şəxslər, 65,0 faizi isə fiziki şəxslər tərəfindən yerinə yetirilmişdir.
Əhaliyə göstərilən ödənişli xidmətlərdən ümumi həcmdə məişət xidməti 1411,0 min manat, iaşə dövriyyəsinin həcmi 1192,0 min manat olmuşdur.
Ödənişli xidmətlərin ümumi həcmindən hüquqi şəxslər tərəfindən göstərilən xidmətlər 4157,4 min manat (99,2 faiz dövlət mülkiyyəti, 0,8 faiz qeyri dövlət mülkiyyəti) olmuşdur. Hüquqi şəxslər tərəfindən göstərilən xidmətlərin 4109,2 min manatı iri müəssisələrin, 48,2 min manatı isə kiçik müəssisələrin payına düşür.


Zərdab Rayon Statistika İdarəsi

Keçidlər