Şriftin ölçüsü :

Saytın rəngi :

Zərdab gənclərinin 2 fevral Gənclər gününə həsr olunmuş ümumrayon toplantısı keçirilib

02 fevral 2021 | 16:00

2 fevral Gənclər günü münasibətilə 1 fevral 2021-ci il tarixdə Zərdab gənclərinin ümumrayon toplantısı keçirildi. Toplantı iştirakçıları öncə Ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül-çiçək dəstələri qoydular. Online formatda keçirilmiş tədbir açıq elan olunduqdan sonra Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildi, şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olundu. Toplantıda çıxış edən Zərdab rayon İcra Hakimiyyəti başçısının müavini, Yeni Azərbaycan Partiyası Zərdab rayon təşkilatının sədri Pərvin Mahmudova Vətən müharibəsində Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun möhtəşəm qələbəsi və Gənclər günü münasibətilə iştirakçıları təbrik edərək, Ümummilli lider Heydər Əliyev siyasi kursunun layiqli davamçısı Prezident cənab İlham Əliyev tərəfindən aparılan uğurlu və məqsədyönlü siyasət nəticəsində ölkəmizin bütün bölgələrinin, o cümlədən Zərdab rayonunun inkişafı, rifahı naminə tədbirlərin həyata keçirildiyini diqqətə çatdırdı. 2020-ci ildə gənclərlə iş və idman sahələri üzrə Zərdab rayon Gənclər və İdman idarəsi tərəfindən keçirilmiş tədbirlər və görülmüş işlər barədə məruzə ilə çıxış edən Zərdab rayon Gənclər və İdman idarəsinin rəis müavini Əvəz Soltanov Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən Dövlət Gənclər Siyasətinin uğurlu nəticələrini, cənab Prezident tərəfindən respublika gənclərinin inkişafı istiqamətində imzalanmış Sərəncamların, qəbul edilmiş Dövlət Proqramlarının rayonumuzda da uğurla icra olunduğunu, Sərəncamlardan irəli gələn məsələlərin həlli istiqamətində həyata keçirilən tədbirlərin davam etdirildiyini diqqətə çatdırdı, Vətən müharibəsində gənclərimizin göstərdikləri fədakarlıqların əsl vətənpərvərlik və könüllülük nümunəsi olduğunu bildirdi. Tədbirdə Zərdab rayon Heydər Əliyev Mərkəzinin direktoru Könül Rəhimova tərəfindən mərkəzdə Ümummilli lider Heydər Əliyevin örnək ömür yolunu dolğun və ərtaflı şəkildə özündə əks etdirən eksponantlar haqqında virtual təqdimat oldu. Toplantıda Azərbaycan Silahlı Qüvvələrinin Polkovnik leytenantı, Qarabağ və Aprel döyüşlərinin iştirakçısı Elşən Qarayev, Əlvənd kənd tam orta məktəbinin direktoru, Vətən müharibəsi iştirakçısı Elvin Xəlilov, Vətən müharibəsi iştirakçısı Məsim Ağayev, Zərdab rayon Gənclər və İdman idarəsinin əməkdaşı Ələkbər Kərimov, Yeni Azərbaycan Partiyası Zərdab rayon təşkilatı Gənclər Birliyinin sədri Rəmzi Şirinov, “Gəncliyə Dəstək” İctimai Birliyinin sədri Vəfa Xəlili, Salahlı kənd kitabxana filialının müdiri Lamiyyə Bədəlzadə, DQİDK-nin Ucar şöbəsi üzrə bölməsinin Zərdab rayonu üzrə nümayəndəsi Sədi Hüseynov, fəal gənc “Zərdablılar Vətən uğurunda” kitabının müəllifi Süleyman Tarverdi çıxış edərək respublikamızada, eləcədə rayonumuzda gənclərin inkişafına göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Zərdab rayon İcra Hakimiyyətinin başçısı Mərdan Camalzadəyə minnətdarlıqlarını bildirdilər, Vətən müharibəsində gənclərimizin həm ön cəbhədə, həm də arxa cəbhədə göstərdikləri qəhrəmanlıq və şücaətlərdən, müharibə dövründə mənfur düşmənlərimiz tərəfindən mülki əhaliyə qarşı törədilmiş qırğınların sosial şəbəkələr vasitəsi ilə bütün dünyaya çatdırılmasından, Covid-19 pandemiyası ilə əlaqədar əhalinin maarifləndirimləsi ilə bağlı həyata keçirilmiş tədbirlərdən, qeyd olunan istiqamətlərdə  könüllülərin fəaliyyətindən bəhs etdilər.

Keçidlər