Şriftin ölçüsü :

Saytın rəngi :

Zərdabda qanvermə aksiyası keçirilib

10 fevral 2021 | 16:00

Azərbaycan Respublikasının “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi”nin qrafikinə uyğun olaraq 10 fevral 2021-ci il tarixdə Zərdab Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Zərdab rayonunda qanvermə aksiyası keçirilib.
Respublika B.Ə.Eyvazov adına Elmi-Tədqiqat Hematologiya və Transfuziologiya İnstitutunun əməkdaşları tərəfindən xeyirxah kampaniyaya qoşulanlar lazımi müayinədən keçirildikdən sonra qanvermə aksiyası həyata keçirilib. Aksiyada 250 nəfərə yaxın rayon sakini iştirak edib. Yığılan qan ehtiyatı yoxlanılaraq talassemiya, hemofiliya və digər qan xəstəliklərindən əziyyət çəkən insanlar üçün istifadə olunacaq.

Keçidlər