Şriftin ölçüsü :

Saytın rəngi :

Xoş gəldin, İlknur!

22 fevral 2021 | 16:00

Cənab Prezident, Ali Baş Komandan İlham Əliyevin müvafiq sərəncamları ilə ölümündən sonra “Vətən uğrunda” və “Füzulinin azad olunmasına görə” medalları ilə təltif olunmuş, beş il övlad həsrəti çəkən, Vətən müharibəsinin şəhidi baş leytenant Ağaqardaş Abbasovun qız övladı dünyaya gəlib. Şəhid övladı öncə  ''YAŞAT FONDU'' tərəfindən qarşılanıb və Zərdab rayonuna yola salınıb, Zərdab rayonunda da böyük təntənə ilə qarşılanıb. Belə ki, xüsusi karantin rejiminin tələblərinə uyğun təşkil olunmuş qarşılanma mərasimində Rayon İcra Hakimiyyəti başçısının müavini, YAP Zərdab rayon təşkilatının sədri, Aparatın məsul işçiləri, idarə, müəssisə və təşkilatların əməkdaşları, şəhidin döyüş yoldaşları və ictimaiyyət nümayəndələri iştirak ediblər.


Keçidlər