Şriftin ölçüsü :

Saytın rəngi :

“Xocalıya ədalət” beynəlxalq kampaniyası çərçivəsində Zərdabda ağacəkmə kampaniyası keçirilib

23 fevral 2021 | 16:00

“Xocalıya ədalət” beynəlxalq kampaniyası çərçivəsində Xocalı soyqırımının 29-cu ildönümü ərəfəsində, fevralın 23-də soyqırımı qurbanlarının xatirəsinə 613 ədəd ağac əkilməsi tədbirində rayon ictimaiyyətinin nümayəndələri, müharibə veteranları və qaziləri fəal iştirak ediblər. Heydər Əliyev parkında, Kürkənarı parkda və Azərbaycan Milli Mətbuatının banisi Həsən Bəy Zərdabinin abidəsi ətrafında 310 ədəd şam və sərv ağacı, Zərdab-Ucar avtomobil yolunun 1-ci km-də, yolun kənarındakı 3 hektara yaxın ərazidə 600 ədəd tut tingi əkilib. Ağac əkilmiş ərazilər seçilərkən suya çıxışının olması təmin edilib.

Keçidlər