Şriftin ölçüsü :

Saytın rəngi :

Zərdabda Xocalı faciəsi qurbanlarının xatirəsi anılıb

26 fevral 2021 | 16:00

Xocalı soyqırımının 29-cu ildönümü ilə əlaqədar Zərdab rayonunda faciə qurbanlarının xatirəsi yad edilir. Karantin rejiminin tələbləri nəzərə alınmaqla idarə və təşkilatlarda, təhsil və mədəniyyət müəssisələrində onlayn tədbirlər keçirilir. Rayon rəhbərliyi tərəfindən Zərdab şəhərindəki Şəhidlərin xatirə parkı ziyarət edilib, abidə kompleksinin önünə gül-çiçək dəstələri qoyulub. Saat 17:00-da Xocalı soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Keçidlər