Şriftin ölçüsü :

Saytın rəngi :

Zərdabda Heydər Əliyev Fondunun təşəbbüsü ilə tikilən körpələr evi-uşaq bağçası istifadəyə verilib

01 mart 2021 | 16:00

Heydər Əliyev Fondunun “Məktəbəqədər təhsil müəssisələrinin inkişafı” proqramı çərçivəsində inşa edilmiş Zərdab şəhər 2 nömrəli körpələr evi-uşaq bağçası 01 mart 2021-ci il tarixdə istifadəyə verilib. Bağçada 6 qrup fəaliyyət göstərir. Yeni bina zəruri avadanlıqlarla təchiz edilib, uşaqların təlim-tərbiyəsi üçün lazımi şərait yaradılıb. Körpələr evi-uşaq bağçasının ərazisi abadlaşdırılıb, yaşıllıq zolaqları salınıb, uşaqlar üçün əyləncə vasitələri quraşdırılıb.

Keçidlər