Şriftin ölçüsü :

Saytın rəngi :

Zərdabda avtomobil yollarının yenidən qurulması işləri davam etdirilir

17 mart 2021 | 16:00

Ölkəmizdə regionların sosial-iqtisadi inkişafı istiqamətində həyata keçirilən məqsədyönlü tədbirlərdən biri də yol infrastrukturunun yenidən qurulmasıdır. Son illər Respublika Prezidentinin müvafiq sərəncamlarına əsasən Zərdab rayonu ərazisində Ucar-Zərdab-Ağcabədi, Zərdab-Mollakənd, Zərdab-Yuxarı Seyidlər-Siləyli, Zərdab-Qaravəlli, Birinci Alıcanlı, Ağsu-Kürdəmir-Bəhrəmtəpə (53 km)-Zərdab, Gəlmə-Əlibəyli-Allahqulubağı avtomobil yolları yenidən qurulmuşdur.
Hazırda rayon ərazisində “AZ TİM” MMC tərəfindən 4,6 km uzunluğunda Körpükənd və 9,3 km uzunluğunda Lələağacı-Yarməmmədbağı-Pərvanlı avtomobil yollarının yenidən qurulması işlərinə başlanılmışdır.
Novruz bayramı ərəfəsində rayon rəhbərliyi həmin kəndlərin ərazisində görülən işlərlə tanış olmuş, bir qrup kənd ağsaqqalları ilə görüşmüşdür. Avtomobil yolunun tikintisi kəndlərin sakinləri tərəfindən rəğbətlə qarşılanmışdır. Onlar sosial layihələr çərçivəsində yaşayış məntəqələrinin qazlaşdırılmasını, elektrik və yol infrasturukturunun yenilənməsini dövlətin qayğısı kimi dəyərləndirməklə, görülən bütün işlərə görə ölkə rəhbərliyinə öz minnətdarlıqlarını bildirmişlər.

Keçidlər