Şriftin ölçüsü :

Saytın rəngi :

Millət vəkili Jalə Əliyeva şəhid Ağaqardaş Abbasovun yenicə dünyaya gəlmiş övladını ziyarət edib

25 mart 2021 | 16:00

Millət vəkili Jalə Əliyeva Vətən Müharibəsi şəhidi Ağaqardaş Abbasovun ailəsini ziyarət edib. Jalə Əliyeva şəhid Ağaqardaş Abbasovun Zərdab rayonu Hüseynxanlı kəndində yerləşən evini ziyarət edib, ailənin problemlərini dinləyib. Şəhidin atası İlham Abbasovu dinləyən millət vəkili, bəzi problemlərin həlli üçün müvafiq qurumlarla yerindəcə əlaqə saxlayıb. millət vəkili şəhidimizin yeni dünyaya gəlmiş qızı İlknura hədiyyəsini təqdim edib. 

Keçidlər