Şriftin ölçüsü :

Saytın rəngi :

Millət vəkili Jalə Əliyeva bir qrup qazi ilə görüşüb

28 mart 2021 | 16:00

"Dünən  Zərdab rayonunda Dəkkəoba kəndindən Vətən müharibəsi qaziləri, şanlı Qələbəmizin qəhrəman oğullarından olan, döyüşlərdə ağır yaralanan Xəlilov Elgün Qəmbər oğlunu, Kərimov Hüseyn Elşən oğlunu, Zeynallı Qorxmaz Hamlet oğlunu, Zərdab şəhərindən Mirzəliyev Roman Aleksandr oğlunu və Əlizadə Təbriz Elman oğlunu evlərində ziyarət etdik. Onların vəziyyətləriylə tanış olduq, problemləriylə maraqlandıq, həllini gözləyən bəzi məsələlərini yerindəcə həll etməyə çalışdıq. Hər biri bir igiddir. Hər biri 44 günün içində haqqında dastanlar yazılacaq ləyaqətli bir yol keçiblər. Bəzisi ağır əməliyyat olunub, bəzisinin müalicəsi müvəffəqiyyətlə davam edir, bəzisi artıq yaxşılaşmaya doğru gedir. Görüşdüyüm bu beş qazidən biri - Təbriz Əlizadə, aldığı kontuziya nəticəsində nitqini itirib. Çox ciddi müayinə və müalicəyə ehtiyacı var. Təbrizin səhhəti ilə bağlı olaraq bu gün tanıdığım mütəxəssis həkimlə danışdım. Məsləhətlərini verdi. Təbriz əsaslı şəkildə aparat müayinəsindən (MRT  və KT)  keçməli və nəticələrə uygun olaraq  həkim konsiliumu ilə müalicə almalıdır. Ailənin mənzil şəraiti də ürəkaçan deyil. Hər iki məsələni iş həftəsinin ilk günlərində əlaqədar dövlət qurumlarının diqqətinə çatdıraraq köməklik göstərilməsini xahiş edəcəyik. Üzərimizdəki haqqınız böyükdür, əziz Qazilər!"

https://www.facebook.com/DeputyofAzerbaijanOfficial/posts/292137162325971

Keçidlər