Şriftin ölçüsü :

Saytın rəngi :

Əhaliyə göstərilən ödənişli xidmətlər haqqında

30 aprel 2021 | 16:00

2021-ci ilin yanvar- mart aylarında Zərdab rayonu üzrə əhaliyə göstərilən ödənişli xidmətlərin dəyəri 3370,0 min manat olmuşdur. Xidmətin 35,4 faizi hüquqi şəxslər, 64,6 faizi isə fiziki şəxslər tərəfindən yerinə yetirilmişdir.
Əhaliyə göstərilən ödənişli xidmətlərdən ümumi həcmdə məişət xidməti 449,0 min manat, iaşə dövriyyəsinin həcmi 192,0 min manat olmuşdur.
Ödənişli xidmətlərin ümumi həcmindən hüquqi şəxslər tərəfindən göstərilən xidmətlər 1194,4 min manat (99,4 faiz dövlət mülkiyyəti, 0,6 faiz qeyri dövlət mülkiyyəti) olmuşdur. Hüquqi şəxslər tərəfindən göstərilən xidmətlərin 1181,7 min manatı iri müəssisələrin, 12,7 min manatı isə kiçik müəssisələrin payına düşür.


Zərdab Rayon Statistika İdarəsi

Keçidlər