Şriftin ölçüsü :

Saytın rəngi :

ZƏRDABDA ULU ÖNDƏRİN ANADAN OLMASININ 98-Cİ İLDÖNÜMÜ QEYD OLUNUB

10 may 2021 | 16:00

Zərdabda Ulu Öndər Heydər Əliyevin anadan olmasının 98-ci ildönümü münasibətilə müxtəlif tədbirlər keçirilib. Rayon rəhbərliyi Ümummilli liderimizin abidəsi önünə gül dəstələri düzüb, xatirəsini ehtiramla yad ediblər.
Tədbirlər çərçivəsində rayonda ağacəkmə kampaniyası da təşkil olunub. Kampaniyada  müxtəlif idarə, müəssisə və təşkilat kollektivlərindən, ictimaiyyət nümayəndələrindən 150 nəfərdən artıq sakin iştirak edib. Aksiya iştirakçıları Heydər Əliyev və Sahil parklarında, Zərdab-Ucar avtomobil yolunun kənarında, şəhər ərazisində yenidən qurulan nümunəvi məhəllədə 750 ədəd müxtəlif növ ağaclar əkiblər.

Keçidlər