Şriftin ölçüsü :

Saytın rəngi :

Hüseynxanlı kəndində Azərbaycanın ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsinə yaradılmış mini parkın açılışı olub

29 may 2021 | 16:00

28 may 2021-ci il tarixdə Hüseynxanlı kəndində Azərbaycanın ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsinə yaradılmış mini parkın açılışı olub. Tədbiri giriş sözü ilə Zərdab Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Rəhman Feyzullayev açıb. Millət vəkili Jalə Əliyeva, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Zərdab bölməsinin rəisi Asif Əhədov, “EkoAvrasya” Avrasiya İqtisadi Əməkdaşlıq Cəmiyyətinin nümayəndəsi Kemal Güney çıxış ediblər. Vətən müharibəsində şəhid olmuş Ağaqardaş Abasovun atası İlham Abbasov çıxış edərək şəhid ailələrinə və müharibə iştirakçılarına göstərilən diqqət və qayğıya görə ölkə rəhbərliyinə minnətdarlığını bildirib.
Parkda yaradılmış xatirə lövhəsi və su bulağı istifadəyə verilib.

Keçidlər