Şriftin ölçüsü :

Saytın rəngi :

Zərdab rayonunda barama təhvilinə başlanılıb

30 may 2021 | 16:00

Baramaçılığın inkişaf etdirilməsi ilə bağlı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin qarşıya qoyduğu vəzifələrin icrası istiqamətində Zərdab rayonunda xeyli iş görülmüşdür. Rayon üzrə 2016-cı ildə 5710 kq, 2017-ci ildə 27 ton 55 kq, 2018-ci ildə 53 ton 880 kq, 2019-cu ildə 71 ton 539 kq, 2020-ci ildə 61 ton 635 kq barama tədarük edilmişdir. 2021-ci ilin məhsulu üçün Qax Damazlıq İpəkçilik stansiyasından 1550 qutu ipəkqurdu toxumu gətirilərək kümçülərə paylanmışdır. 30.05.2021-ci il tarixdə rayon üzrə barama təhvilinə başlanılmışdır. Cari ildə  rayonda 62 ton məhsul tədarük edilməsi nəzərdə tutulur.

Keçidlər