Şriftin ölçüsü :

Saytın rəngi :

Jalə Əliyeva Zərdabda növbəti dəfə seçicilərini qəbul edib

05 iyun 2021 | 16:00

Millət vəkili Jalə Əliyeva növbəti dəfə seçiciləri olan Zərdab sakinləri ilə bir araya gəlib. Qəbul-görüşdən öncə Heydər Əliyev Parkında Ulu Öndərin abidəsi ziyarət edilib, abidənin önünə gül-çiçək düzülüb. Sonra Heydər Əliyev Mərkəzində qəbul başlayıb. Görüş zaman millət vəkili seçicilərin problemlərini, qayğılarını diqqətlə dinləyib, onları narahat edən məsələlərlə yaxından tanış olub. Vətəndaşlar əsasən sosial şəratin yaxşılaşdırılması, tibbi ehtiyaclarının təmin edilməsi, mənzil-məişət problemləri və işlə təminat kimi məsələlərlə bağlı müraciət ediblər. Səsləndirilən müraciətləri diqqətlə dinləyən Jalə Əliyeva qeydlər aparıb, dilə gətirilən məsələlərin qısa zamanda öz həllini tapması üçün aidiyyatı qurumlara bununla bağlı məlumat veriləcəyini diqqətə çatdırıb. Bəzi məsələlərlə bağlı qəbulun gedişi əsnasında əlaqədar qurumların rəhbərliyi ilə telefon əlaqəsi saxlanılıb və məsələ dərhal yerindəcə həllini tapıb. Qəbulda Zərdab Rayon İcra Hakimiyyəti başçısının müavini-ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Xəyalə Veyisova, Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdri Zinhar Bayramov iştirak ediblər.

Keçidlər