Şriftin ölçüsü :

Saytın rəngi :

Zərdab rayonunda demoqrafik vəziyyət

02 avqust 2021 | 16:00

Zərdab rayonunun ərazisi 0,86 min kv.km olmaqla əhalinin sıxlığı (1 kv.km düşən əhali) 69 nəfərdir. Zərdab rayonunda  01 iyul 2021-ci il vəziyyətinə 42 yaşayış məntəqəsi olmaqla 1 şəhər, 1 qəsəbə, 40 kənd yaşayış məntəqəsi mövcuddur.  İlkin hesablamalara görə 2021-ci ilin yanvar-iyun ayları ərzində Zərdab rayonun əhalisinin sayı 78 nəfər və ya 0,1 faiz artaraq 59755 nəfərə çatmışdır. Əhalinin 20,0 faizi şəhər, 80,0 faizi isə kənd yerlərində yaşayır.
2021-ci ilin yanvar-iyun ayları ərzində ilkin hesablamalara görə rayonda 230, hər gün orta hesabla 1-2 körpə doğulmuşdur  ki, onların da 15,2 faizi şəhər və qəsəbələrdə, 84,8 faizi isə kənd yerlərində qeydə alınmışdır. Keçən ilin müvafiq dövrünə nisbətən əhalinin hər 1000 nəfərinə hesabı ilə doğulanların sayı 10,5-dən 7,7-yə qədər azalmışdır.
Hesabat dövründə  Zərdab rayonunda 158 ölüm halı qeydə alınmışdır. 1 yaşa qədər ölüm halı 1 nəfər olmuşdur . Ölənlərin ümumi sayından 5-9 yaşda – 1, 40-44 yaşda-1,  45-49  yaşda - 5, 50-54 yaşda - 9, 55-59 yaşda - 9, 60-64 yaşda - 20, 65-69 yaşda - 18, 70-74 yaşda - 13, 75-79 yaşda – 4, 80-84 yaşda - 32, 85 yaşdan yuxarı - 45 nəfər ölüm halları qeydə alınmışdır. Keçən ilin müvafiq dövrünə nisbətən əhalinin hər 1000 nəfərinə hesabı ilə ölənlərin sayı 5,6-dan 5,3-ə qədər azalmışdır.
Rayon üzrə təbii artım 72 nəfər olmuşdur.
Cari 6 ay ərzində ilkin hesablamalara görə Ədliyyə Nazirliyinin Zərdab rayon qeydiyyat şöbəsi tərəfindən təqdim olunan hesabata əsasən  Zərdab rayonu üzrə  53 nikah və 36 boşanma halı qeydə alınmışdır. Əhalinin hər 1000 nəfərinə nikahların sayı ötən ilin müvafiq dövrü ilə müqayisədə 4,4-dən 1,8-ə qədər düşmüşdür. Əhalinin hər 1000 nəfərinə boşanmaların sayı isə ötən ilin müvafiq dövrü ilə müqayisədə 0,9-dan 1,2-yə qədər artmışdır.
2021-ci ilin yanvar-iyun ayları ərzində Daxili İşlər Nazirliyinin müvafiq qurumları tərəfindən təqdim olunan hesabata əsasən rayona daimi yaşamaq üçün gələnlərin sayı 15 nəfər, rayondan isə 9 nəfər gedən qeydə alınaraq, miqrasiya saldosu müsbət 6 nəfər  təşkil etmişdir.

                   Zərdab Rayon Statistika İdarəsi

Keçidlər