Şriftin ölçüsü :

Saytın rəngi :

Zərdablı şəhid Cəbrayıllı İbrahimin vəfatının birinci ildönümüdür

01 oktyabr 2021 | 16:00

Bununla əlaqədar Zərdab Rayon İcra Hakimiyyətinin başçısı Mərdan Camalzadə, Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin rəisi, polis general-mayoru İslam Hümbətov, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Zərdab bölməsinin rəisi polkovnik-leytenant Asif Əhədov, şəhid Cəbrayıllı İbrahimin komandiri və döyüş yoldaşları, rayon ictimaiyyətinin nümayəndələri  şəhidin ailə üzvləri ilə birlikdə onun məzarını ziyarət edib, ruhuna dualar oxunub.
İcra başçısı Mərdan Camalzadə ölkə Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin əmri ilə əks hücum əməliyyatına başlayan silahlı qüvvələrimizin 44 günlük vətən müharibəsində şanlı qələbə qazanaraq ölkəmizin ərazi bütövlüyünü təmin etdiyini və qəhrəmanlarımızın qanının yerdə qalmadığını bildirib. Qəhrəman gənclərimizin Vətən uğrunda göstərdiyi fədakarlıqlar dövlətimiz tərəfindən yüksək qiymətləndirilmiş, onların hər biri orden və medallarla təltif olunmuş, ailələri dövlətin diqqət və qayğısı ilə əhatə olunmuşlar.
Şəhidin ailə üzvləri onlara göstərilən dəstəyə, maddi və mənəvi köməkliklərə görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya dərin təşəkkürlərini və minnətdarlıqlarını bildirmişlər.

Keçidlər