Şriftin ölçüsü :

Saytın rəngi :

Vətən Müharibəsində qələbənin birinci ildönümü ilə bağlı silsilə tədbirlər keçirilir

04 noyabr 2021 | 16:00

Vətən müharibəsində qələbənin birinci ildönümü ilə əlaqədar Zərdab Rayon İcra Hakimiyyətində təsdiq olunmuş  Tədbirlər Planına əsasən Heydər Əliyev Mərkəzinin, Tarix Diyarşünaslıq muzeyinin, Uşaq incəsənət məktəbinin, Mədəniyyət mərkəzinin Mərkəzləşdirilmiş Kitabxana Sisteminin əməkdaşları, ictimaiyyət nümayəndələri və məktəblilər tərəfindən 2 noyabr 2021-ci il tarixdə Məlikumudlu kəndindən olan şəhid Cəbrayıllı İbrahim Raqub oğlunun, Alıcanlı kəndindən olan  şəhid Vəlizadə Faiq Bayraməli oğlunun, 3 noyabr 2021-ci ildə Zərdab şəhərindən olan şəhid Məmmədzadə Anar Nazim oğlunun məzarları, Gəlmə kəndindən olan şəhid Hüseynov Rəhim Qədir oğlunun xatirə lövhəsi, 4 noyabr 2021-ci il tarixdə Körpükənd kəndindən olan şəhidlər Muradov Turan Vaqif oğlunun, Ağayev İlkin Tehran oğlunun, Şahhüseynli kəndindən olan şəhid Rüstəmli İbrahim Mirzağa  oğlunun məzarları ziyarət olunmuş, şəhidlərin fotolarından ibarət sərgilərə baxış keçirilmişdir. Tədbirlər çərçivəsində həmçinin Birinci Qarabağ müharibəsi şəhidlərinin məzarları da ziyarət olunmuşdur.
Tədbirlərdə çıxış edənlər şəhidlik zirvəsinin ən yüksək zirvə olduğunu qeyd edərək, Ali Baş Komandan cənab İlham Əliyevin qətiyyəti, xalqın birliyi və müzəffər ordumuzun gücü nəticəsində mənfur düşmənin darmadağın edilərək işğal altında qalan torpaqlarımızı azad edilməsindən bəhs etmişlər.

Keçidlər