Şriftin ölçüsü :

Saytın rəngi :

Zərdabda qanvermə aksiyası keçirilib

06 yanvar 2022 | 16:00

Azərbaycan Respublikasının “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi”nin qrafikinə uyğun olaraq 06 yanvar 2021-ci il tarixdə Zərdab Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Rayon Mərkəzi Xəstəxanasında qanvermə aksiyası keçirilib. Elmi-Tədqiqat Hematologiya və Transfuziologiya İnstitutunun əməkdaşları tərəfindən xeyirxah kampaniyaya qoşulanlar lazımi müayinədən keçirildikdən sonra qanvermə aksiyası həyata keçirilib. Aksiyada 250 nəfərdən çox rayon sakini iştirak edib. Yığılan qan ehtiyatı yoxlanılaraq talassemiya, hemofiliya və digər qan xəstəliklərindən əziyyət çəkən insanlar üçün istifadə olunacaq.

Keçidlər