Şriftin ölçüsü :

Saytın rəngi :

Zərdab rayonunun Körpükənd kəndinə təbii qaz verildi

24 may 2016 | 16:00

24 may 2016-cı il tarixdə Zərdab rayonunun Körpükənd kəndinə yeni çəkilmiş qaz xəttinin açılış mərasimi keçirilmişdir. Kəndlərdə 23247 paqonometr daşıyıcı və paylayıcı xətt çəkilmiş, 254 evə sayğac quraşdırılmışdır.
Açılış mərasimində çıxış edən Zərdab Rayon İcra Hakimiyyətinin başçısı cənab Lütvəli Babayev kənd sakinlərini bu əlamətdar gün münasibətilə təbrik etmişdir. Qeyd olunmuşdur ki, hazırda rayonun digər kəndlərində də qazlaşma işləri sürətlə davam etdirilir.
Mərasimdə çıxış edən kənd sakinləri əhalinin sosial problemlərinin həllinə göstərilən diqqət və qayğıya görə ölkə rəhbərliyinə minnətdarlıqlarını bildirmişlər.
Sonra inşaat işlərində fəallıq göstərən bir qrup işçiyə qiymətli hədiyyələr təqdim olunmuşdur.
Mərasimin sonunda mavi yanacağın verilişini bildirən rəmzi məşəl alovlandırılmışdır.
Açılış mərasimində Tərtər Regional Qaz İstismar İdarəsinin rəisi Elməddin İbrahimov iştirak və çıxış etmişdir.

Keçidlər