Şriftin ölçüsü :

Saytın rəngi :

Heydər Əliyev Mərkəzində Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi tərəfindən hazırlanmış “Fitnə” adlı sənədli film nümayiş olunmuşdur.

08 iyun 2016 | 16:00

08 iyun 2016-cı il tarixdə Heydər Əliyev Mərkəzində Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi  tərəfindən hazırlanmış radikalizmlə mübarizənin dini, psixoloji, hüquqi, siyasi və mənəvi tərəflərinin işıqlandırıldığı “Fitnə” adlı sənədli filmin  nümayişi olmuşdur. Tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət  Komitəsinin Ucar regional  şöbəsinin müdiri Əzim Rəfiyev,  ziyalılar, fəal ictimaiyyət nümayəndələri, gənclər, məktəblillər iştirak etmişlər. Rayon İcra Hakimiyyəti Başçısı Aparatının ictimai-siyasi humanitar məsələlər şöbəsinin müdir müavini-dini qurumlarla işin təşkilatçısı Murad Həsənov. Dini Qurumlarla İş üzrə Dövlət  Komitəsinin Ucar regional  şöbəsinin müdiri Əzim Rəfiyev mövzu ətrafında çıxış etdikdən sonra “Fitnə” sənədli filminin nümayişi keçirilmişdir. Daha sonra iştirakçıları maraqlandıran suallar cavablandırılmışdır.

Keçidlər