Şriftin ölçüsü :

Saytın rəngi :

Zərdabda “Son zəng” tədbiri keçirildi

15 iyun 2016 | 16:00

14 iyun 2016-cı il tarixdə rayonun bütün ümumtəhsil məktəblərində “Son zəng” tədbiri keçirildi. Rayon İcra Hakimiyyətinin Başçısı cənab Lütvəli Babayev, rayon hüquq-mühafizə orqanlarının rəhbərləri 2016-cı ilin aprel döyüşlərində şəhid olmuş Nurlan Abdullazadənin təhsil aldığı İsaqbağı kənd tam orta məktəbində məzunların “Son zəng” tədbirində iştirak etdilər. Tədbiri məktəbin direktoru Dayangül Vəliyeva açaraq məzunları təbrik etdi və şəhidin xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Rayon İcra Hakimiyyətinin başçısı cənab Lütvəli Babayev çıxış edərək məzunları təbrik etmiş, cənab Prezidentimiz İlham Əliyevin təhsil sahəsinə göstərdiyi dövlət qayğısından danışmış, şəhidin məzunu olduğu məktəbin şagirdlərini onun kimi vətənpərvər olmağa çağırmışdır. Tədbirdə şəhidin valideynləri iştirak və çıxış etmişdir. Məktəbin müəllim və şagirdləri, valideynlər çıxış edərək 1-ci və 11-cilərə öz ürək sözlərini bildirmişlər.
Tədbirin sonunda son zəng çalınmışdır

Keçidlər