Şriftin ölçüsü :

Saytın rəngi :

ZƏRDABDA MİLLİ QURTULUŞ GÜNÜ QEYD EDİLDİ

17 iyun 2016 | 16:00

14 iyun 2016-cı il tarixdə Zərdabda 15 iyun Milli Qurtuluş günü münasibətilə ümumrayon mərasimi keçirilib. Tədbir iştirakçıları əvvəlcə ulu öndər Heydər Əliyevin abidəsi önünə gül dəstələri qoyublar. Daha sonra yığıncağın rəsmi hissəsi rayonun Heydər Əliyev Parkında davam edib.
Tədbiri giriş sözü ilə açan Zərdab Rayon İcra Hakimiyyətinin başçısı Lütvəli Babayev vurğulayıb ki, Milli Qurtuluş Gününün 23-cü ildönümünü qeyd edən ölkəmiz ümummilli lider Heydər Əliyev qüdrətindən güc alaraq bütün çətinlikləri və problemləri dəf etmiş, demokratik, hüquqi və dünyəvi dövlət qurmuş, azad, müstəqil yaşamaq iqtidarında olduğunu bütün dünyaya sübut etmişdir. Natiq qeyd edib ki, zəmanəmizin görkəmli siyasi və dövlət xadimi, dünyamiqyaslı dahi şəxsiyyət, bu günlər anadan olmasının 93 illik yubileyi böyük təntənə ilə qeyd olunan ümummilli liderimiz Heydər Əliyevin xalqın təkidli tələbi və xahişi ilə 1993-cü il iyunun 15-də respublikanın siyasi hakimiyyətinə rəhbərliyə yenidən qayıtması xalqımızın çoxəsrlik tarixinə dövlətçiliyimizin Qurtuluş Tarixi kimi daxil olmuşdur. Tamamilə təbiidir ki, sonralar, yəni 1997-ci il iyunun 27-də ölkənin ali qanunvericilik orqanı xalqın ən müxtəlif təbəqələrinin arzu və istəklərini nəzərə alaraq Ulu Öndər Heydər Əliyevin hakimiyyətə qayıtdığı 15 iyun gününü «Milli Qurtuluş Günü» elan etmişdir. Dövlətimizin xilaskarı kimi yenidən hakimiyyətə qayıdan Heydər Əliyev dərhal  ölkə qarşısında duran problemlərin həllinə başlamışdır.
Ümummilli lider Heydər Əliyevin müəyyən etdiyi strateji xətt bu gün onun siyasi kursunun davamçısı möhtərəm Prezidentimiz İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Ölkəmizin sosial-iqtisadi, siyasi, mədəni həyatında mühüm və gələcəyə yönəlmiş uğurlu addımlar atılır. Azərbaycan yüksək sürətlə inkişaf edir. Bir sözlə, ümummilli lider Heydər Əliyevin siyasəti yaşayır və uğurla həyata keçirilir.
Sonra Rayon İcra Hakimiyyətinin başçısı cənab Lütvəli Babayev Ulu Öndərin anadan olmasının 93-cü il dönümü münasibətilə keçirilmiş İstedadlar-2016 baxış müsabiqəsinin qaliblərinə qiymətli hədiyyələr təqdim etdi.
Mərasim baxış müsabiqəsi qaliblərinin yekun konserti ilə başa çatdı.

Keçidlər