Şriftin ölçüsü :

Saytın rəngi :

Zərdab rayonunun Məlikumudlu kəndinə təbii qaz verilib

13 iyul 2016 | 16:00

İyulun 13-də Zərdab rayonunun Məlikumudlu kəndinə ilk dəfə təbii qaz verilib.

SOCAR-ın mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, 249 abonenti olan kəndin qazlaşdırılması məqsədilə birpilləli sistem əsasında 20 min 834 metr uzunluğunda müxtəlif diametrli polietilen və metal borularla qaz xətləri çəkilib, abonentlərin mənzillərinə sayğac və fərdi tənzimləyici quraşdırılıb.

Sakinlər kəndə ilk dəfə təbii qazın verilməsinə görə ölkə Prezidenti cənab İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.

Keçidlər