Şriftin ölçüsü :

Saytın rəngi :

Heydər Əliyev mərkəzində hərbi xidmətdən tərxis olunan gənclərlə görüş keçirildi

23 iyul 2016 | 16:00

23 iyul 2016-cı il tarixdə Heydər Əliyev Mərkəzində hərbi xidmətdən tərxis olunan gənclərlə rayon ictimaiyyət nümayəndələrinin  görüşü keçirildi. Görüş iştirakçıları öncə Ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül-çiçək dəstələri qoydular.
Tədbir bağça uşaqlarının ifasında dövlət himinin səslənməsi və məktəblilər tərəfindən dövlət bayrağının zala gətirilməsi ilə başlandı. Zərdab Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Rəhman Feyzullayev tədbirdə çıxış edərək respublikamızın o cümlədən rayonumuzun son dövrlər əldə etdiyi sosial-iqtisadi inkişaf barədə məlumat verdi. O bildirdi ki, cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə bütün sahələrdə olduğu kimi ordu quruculuğu sahəsində də görülən işlər nəticəsində silahlı qüvvələrimiz tək regionda deyil, dünyada olan güclü ordular sıralarına daxil edilmişdir. Natiq orduda mənəvi-psixoloji durumun yüksək səviyyədə olduğunu qeyd edərək, ordu və xalqın daim həmrəy olduğunu  bildirdi. Qeyd edildi ki, rayonumuzda gəclərin ordu sıralarında hərbi xidmətə hazırlanması istiqamətində son illər çox işlər görülmüş, gənclərin hərbi vətənpərvərlik tərbiyəsi işləri gücləndirilmişdir. Tədbirdə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon bölməsinin rəisi Elşən Həsənov çıxış edərək bildirdi ki, Ümummilli lider Heydər Əliyev siyasətinin layiqli davamçısı cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə ordu quruculuğu sahəsində də mühüm irəliləyişlərə nail olunub. Ordumuzun yeni müasir silahlarla, texnikalarla, artilleriya və hava hücumundan müdafiə qurğuları ilə, zirehli maşınlarla təchiz olunması, ordu quruculuğuna ayrılan vəsaitlər buna bariz nümunədir. Vətən qarşısında borclarını yerinə yetirməkdən şərəf hissi duyduqlarını deyən hərbi xidmətdən tərxis olunan gənclər onlara göstərilən diqqətdən razılıqlarını bildirdilər.
Sonda ordu sıralarından tərxis olunan gənclərə hərbi biletlər və hədiyyələr verildi.

Keçidlər