Şriftin ölçüsü :

Saytın rəngi :

Zərdabda sahibkarlarla görüş keçirildi

27 iyul 2016 | 16:00

27.07.2016-ci il tarixdə Zərdabda fəaliyyət göstərən iş adamları ilə təşkil olunan görüşdə Rayon İcra Hakimiyyətinin başçısı cənab Lütvəli Babayev ölkədə sahibkarlığın inkişafına göstərilən dövlət dəstəyindən söz açıb. Məlumat verib ki, hazırda rayonda 2016-cı ilin birinci yarısında rayonda sahibkarlığın inkişaf etdirilməsi tədbirləri davam etdirilmiş, müvafiq fəaliyyət növləri ilə məşğul olmaq üçün 6 hüquqi və 207 fiziki şəxs vergi orqanlarında qeydiyyatdan keçmişdir. Sahibkarlığa Kömək Milli Fondunun vəsaiti hesabına  10 kənd təsərrüfatı  layihəsi üzrə sahibkarlara 83,0 min manat kredit verilmişdir.
Bildirib ki, son illər həyata keçirilən quruculuq-abadlıq və əsaslı yenidənqurma tədbirləri nəticəsində Zərdabın siması gözəlləşib. Çox saylı sosial və istehsal təyinatlı obyekt istifadəyə verilib. Bununla belə yerli şəraitə uyğun olaraq müasir istehsal müəssisələrinin yaradılması istiqamətində tədbirlər davam etdirilir. Rayon rəhbəri xüsusilə vurğulayıb ki, fermerlər Zərdabda ilk dəfə olaraq Abşeron zəfəranı əkiblər. 52 min tondan çox taxıl istehsal olunub. Əhalinin pambıqçılığa olan marağı daha da artıb. Elə bu səbəbdəndir ki, 2016-cı ilin məhsulu üçün 874 hektar sahədə pambıq əkini aparılıb. Kümçülər tərəfindən 5710 kq barama təhvil verilib. Rayonun 28 yaşayış məntəqəsi qazlaşdırılıb, 8 yaşayış məntəqəsində qaz çəkilişi davam etdirilir.
Ancaq şəhərimizin daha da abad olması üçün hər bir sakin bizə yaxından kömək etməlidir. Xüsusən təmizlik işlərinə diqqət yönəlməli, hər bir sahibkar öz obyektinin ətrafında abadlıq işləri aparmalıdır. Xidmət obyektlərində əhaliyə nümunəvi xidmət göstərilməlidir.
Görüşdə çıxış edən sahibkarlar sahibkarlığın inkişafı naminə imzalanan sərəncamların əhəmiyyətindən danışmış, onlara göstərilən diqqət və qayğıya görə dövlət başçısına öz minnətdarlıqlarını bildirmişlər.

Keçidlər