Şriftin ölçüsü :

Saytın rəngi :

ZƏRDABDA BAĞÇA BİNASI İSTİFADƏYƏ VERİLDİ

10 sentyabr 2016 | 16:00

Yeni dərs ili ərəfəsində Heydər Əliyev Fondunun “Məktəbəqədər təhsil müəssisələrinin inkişafı” Proqramı çərçivəsində Zərdab şəhərində inşa edilən 50 yerlik müasir körpələr evi-uşaq bağçası istifadəyə verilib.
İstifadəyə verilən körpələr evində nümunəvi şərait yaradılıb. Burada məşğələ və oyun, tibb, yataq, musiqi və gimnastika otaqları mövcuddur. Bağçanın mətbəx və camaşırxanası, digər xidməti otaqları göz oxşayır. Təlim müəssisəsinin dəhlizini Ulu Öndər Heydər Əliyevin və Prezident İlham Əliyevin uşaqlara göstərdiyi qayğıdan bəhs edən guşələr bəzəyir. Metodiki və dərs vəsaitləri, zəruri avadanlıqlar, istilik və soyutma sistemləri ilə təchiz edilən körpələr evinin ətrafları da abadlaşdırılıb. Həyətdə asfalt örtüyü döşənib, yaşıllıqlar salınıb, işıqlandırma sistemi və uşaq əyləncə qurğuları quraşdırılıb.
Yeni bağçanın istifadəyə verilməsi münasibətilə təşkil olunan mərasimdə dövlətimizin, o cümlədən Heydər Əliyev Fondunun sosial-iqtisadi sahələrdə həyata keçirdikləri mühüm layihələrdən faktlarla söz açılıb. Bildirilib ki, məktəbəqədər təlim-tərbiyə müəssisələrinin maddi-texniki bazalarının möhkəmləndirilməsi yeni nəslin fiziki və mənəvi inkişafına göstərilən qayğının ən bariz nümunəsidir. Rayon İcra Hakimiyyətinin başçısı cənab Lütvəli Babayev bildirib ki, bu cür müasir uşaq bağçasında tərbiyə alan körpələr vətənpərvər və savadlı fərdlər kimi böyüməli, sonrakı təhsil pillələrində böyük uğurlar qazanmalıdırlar. Açılış mərasimində müəllim və valideynlər ölkə rəhbərliyinə öz minnətdarlıqlarını bildiriblər. Fidan balalar bilik və bacarıqlarını nümayiş etdiriblər.
Rəmzi qırmızı lent kəsildikdən sonra körpələr evinin müxtəlif otaqlarında yaradılan şəraitlə tanışlıq olub.

Keçidlər