Şriftin ölçüsü :

Saytın rəngi :

ZƏRDABDA AĞACƏKMƏ KAMPANİYASI KEÇİRİLİB

10 fevral 2017 | 16:00

Zərdab rayonunda 2017-ci ilin ilk ağacəkmə kompaniyası keçirilib. Rayon İcra Hakimiyyətinin tədbirlər planına uyğun olaraq keçirilən kompaniyada  müxtəlif    idarə, müəssisə və təşkilat kollektivlərindən 500 nəfərdən artıq sakin iştirak edib. Aksiya iştirakçıları Zərdab-Ucar avtomobil yolunun sağ və sol hissələrində, mərkəzi küçələrdə, kənd yaşayış məntəqələrində 3000 ədəd müxtəlif növ ağac əkiblər. Yeni yaşıllıqların suvarılması üçün xətlər çəkilib. İməcilikdə icra strukturlarının nümayəndələri, təhsil, səhiyyə, mədəniyyət işçiləri, kommunal təsərrüfatı  birliyinin  əməkdaşları, gənclər daha çox fəallıq göstəriblər. İməcilik növbəti həftələrdə də davam etdiriləcəkdir.

Keçidlər