Şriftin ölçüsü :

Saytın rəngi :

Zərdabda 2016-cı ilin yekunları müzakirə olundu

16 fevral 2017 | 16:00

16 fevral 2017-ci il tarixdə Zərdab rayonunda 2016-cı ilin sosial-iqtisadi inkişafının yekunları və qarşıda duran vəzifələrə həsr olunan hesabat yığıncağında görülən işlər, habelə konkret vəzifələr geniş müzakirə olunub.
Məsələ ilə əlaqədar Rayon İcra Hakimiyyətinin başçısı cənab Lütvəli Babayevin hesabat məruzəsi dinlənilib, müzakirələr aparılıb. Vurğulanıb ki, hesabat ilində rayon iqtisadiyyatının əsas sahələrində 99 milyon 326 min manatlıq məhsul istehsal edilib. Bu, əvvəlki  ildəkinə nisbətən 12 milyon 593 min manat və ya 14,5 faiz çoxdur. Ümumi məhsul istehsalında kənd təsərrüfatının payı 54,9 faiz olub. Əlbəttə, aqrar bölgə olan rayonda iqtisadiyyatın aparıcı sahəsini kənd təsərrüfatı təşkil edir.
Keçən il mühüm strateji məhsul olan taxılçılıqda uğurlu nəticələr qazanılıb. Belə ki, hər hektardan 30,6 sentner olmaqla 52101 ton taxıl istehsal edilib ki, bu da əvvəlki ildən 2251 ton çoxdur. Çəltik, kartof, günəbaxan, bostan-tərəvəz məhsulları istehsalı da artıb. Aqrar sektorun aparıcı sahələrindən olan heyvandarlıqda da nəticələr uğurludur.
Məruzə və çıxışlarda ölkəmizdə həyata keçirilən aqrar islahatlardan, pambıqçılığın, baramaçılığın inkişafı istiqamətində həyata keçirilən tədbirlərdən də  ətraflı danışılıb və göstərilib ki, ötən ildən bu sahələrin yenidən dirçəldilməsi üçün mühüm işlərə başlanılıb. Nəticədə 832 hektar sahədən 1023 ton pambıq yığılıb, 900 ton pambıq zavodlara təhvil verilib, habelə 150 qutu barama qurdu toxumundan 5710 kiloqram barama götürülüb.
Cari ildə bu sahələrin inkişafı üçün qarşıda mühüm vəzifələrin olduğu qeyd edilib. Belə ki, pambıq əkini sahələrinin artırılması məqsədilə əlavə torpaq sahələri ayrılıb, baramaçılıq üçün möhkəm yem bazasının yaradılması üçün 263700 ədəd tut tingi əkilib.
Əkin sahələrinin suvarma suyu ilə normal təminatı məqsədilə Kür çayından Bəyimli qəsəbəsi ərazisinə 15 kilometr su xətti çəkilir. 
Hesabat ilində rayonda tikinti-quraşdırma və abadlıq işləri, yol infrastrukturunun yaxşılaşdırılması, əhalinin sosial müdafiəsi, yaşayış məntəqələrinin elektrik enerjisi, təbii qazla normal təminatı ilə əlaqədar xeyli işlər görülüb. Təhsil, səhiyyə, mədəniyyət obyektlərinin maddi-texniki bazasının möhkəmləndirilməsi məqsədilə tədbirlər həyata keçirilib. İstər məruzədə, istərsə də çıxışlarda bu məsələlərlə bağlı qarşıda  mühüm vəzifələrin də olduğu diqqətə çatdırılıb.
Hesabat yığıncağında Prezident Administrasiyasının məsul işçisi İbrahim Mustafayev və Milli Məclisin deputatı Jalə Əliyeva iştirak və çıxış ediblər.
Ötən il rayonun ictimai həyatında fəal iştirak edən bir qrup şəxsə fəxri fərmanlar verilib.
Sonda Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə müraciət qəbul olunub.

Keçidlər