Şriftin ölçüsü :

Saytın rəngi :

Zərdabda rus dili və ədəbiyyatı fənni üzrə olimpiada keçirilib

04 mart 2017 | 16:00

Zərdab rayonunun Qaravəlli kənd tam orta məktəbində Zərdab, Ağcabədi və Beyləqan məktəbliləri arasında rus dili və ədəbiyyatı fənni üzrə respublika olimpiadasının zona turu keçirilib. Təhsil Nazirliyi və Rusiya Federasiyasının ölkəmizdəki səfirliyinin  birgə təşkilatçılığı ilə baş tutan bilik yarışına yüz nəfərdən çox  şagird qoşulub.
Bilik yarışının növbəti mərhələsinin açılış mərasimində Zərdab Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Rəhman Feyzullayev, Təhsil Şöbəsinin müdiri  Lalə Əmirəliyeva, Rusiyanın ölkəmizdəki səfirliyinin müşaviri Valentin Denisov və başqaları çıxış ediblər. Ölkələrimiz  arasındakı dostluq münasibətlərindən və təhsil sahəsində inkişaf edən əlaqələrdən danışıblar. Şagirdlərə uğurlar arzulayıblar. Məktəblilər rus dilində şerlər və mahnılar səsləndiriblər. Rus və Azərbaycan rəqsləri nümayiş etdirilib.
Olimpiada  başa çatdıqdan sonra bütün iştirakçılara sertifikatlar verilib. Bilik yarışının növbəti mərhələsi Bakı şəhərində keçiriləcək.

Keçidlər