Şriftin ölçüsü :

Saytın rəngi :

Zərdabda 10 min hektar sahənin suvarma suyu ilə təminatı yaxşılaşdırılır

22 aprel 2017 | 16:00

Bəyimli qəsəbəsi ərazisində 10 min hektar Dövlət Fond torpağının suvarılması məqsədilə Kür çayından 15 km məsafəyə 1400 mm-lik borularla su xəttinin çəkilməsi üçün “Azərsu” ASC-nin sifarişi əsasında 7 tikinti şirkəti 26.01.2017-ci il tarixdən işlərə başlamışdır. Hazırda Kür çayının sol sahilində suqəbuledici stansiyanın tikintisi aparılır.  Stansiyanı elektrik enerjisi ilə təmin etmək məqsədilə 81 ədəd yüksək gərginlikli elektrik dirəkləri basdırılmış, 6500 metr elektrik hava xətti çəkilmişdir. Transformator binasının tikintisi davam etdirilir. Layihəyə əsasən 15112 metr məsafədə boru xəttinin çəkilməsi və  mənsəbdə təzyiqqırıcının tikintisi işləri başa çatdırılmışdır. Hazırda nasosxanada nasosların montajı və su qəbuledicinin betonlanması işləri davam etdirilir.

Keçidlər