Şriftin ölçüsü :

Saytın rəngi :

ZƏRDABDA MİLLİ QURTULUŞ GÜNÜ QEYD EDİLDİ

15 iyun 2017 | 16:00

15 iyun Milli Qurtuluş günü münasibətilə Zərdabda ümumrayon mərasimi keçirilib. Tədbir iştirakçıları əvvəlcə ulu öndər Heydər Əliyevin abidəsi önünə gül dəstələri qoyublar. Daha sonra yığıncağın rəsmi hissəsi rayonun Heydər Əliyev Mərkəzində davam edib.
Tədbiri giriş sözü ilə açan Zərdab Rayon İcra Hakimiyyətinin başçısı Lütvəli Babayev vurğulayıb ki, Milli Qurtuluş Gününün 24-cü ildönümünü qeyd edən ölkəmiz ümummilli lider Heydər Əliyev qüdrətindən güc alaraq bütün çətinlikləri və problemləri dəf etmiş, demokratik, hüquqi və dünyəvi dövlət qurmuş, azad, müstəqil yaşamaq iqtidarında olduğunu bütün dünyaya sübut etmişdir. Natiq qeyd edib ki, Ümummilli liderimiz Heydər Əliyevin xalqın təkidli tələbi və xahişi ilə 1993-cü il iyunun 15-də respublikanın siyasi hakimiyyətinə rəhbərliyə yenidən qayıtması xalqımızın çoxəsrlik tarixinə dövlətçiliyimizin Qurtuluş Tarixi kimi daxil olmuşdur.
Ümummilli lider Heydər Əliyevin müəyyən etdiyi strateji xətt bu gün onun siyasi kursunun davamçısı möhtərəm Prezidentimiz İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Ölkəmizin sosial-iqtisadi, siyasi, mədəni həyatında mühüm və gələcəyə yönəlmiş uğurlu addımlar atılır. Azərbaycan yüksək sürətlə inkişaf edir. Bir sözlə, ümummilli lider Heydər Əliyevin siyasəti yaşayır və uğurla həyata keçirilir.
Axşam saatlarında Heydər Əliyev parkında Milli Qurtuluş Günü münasibətilə böyük konsert proqramı olmuşdur. Eyni zamanda Heydər Əliyev parkında Ulu Öndərin anadan olmasının 94-cü il dönümü münasibətilə keçirilmiş İstedadlar-2017 baxış müsabiqəsinin qaliblərinin yekun konserti təşkil olunmuş və qaliblərə qiymətli hədiyyələr təqdim edilmişdir.

Keçidlər