Şriftin ölçüsü :

Saytın rəngi :

Zərdablı taxılçılar rayon tarixində ən yüksək göstəriciyə nail olublar

21 iyul 2017 | 16:00

Zərdab rayonunda taxıl biçini kampaniyası başa çatıb. Zəmilərdən, ümumilikdə, 58822 ton taxıl biçilib. Bu da rayon tarixində ən yüksək göstəricidir. Hər hektardan 31 sentner buğda, 27,4 sentner arpa əldə olunub. Orta məhsuldarlıq 29,8 sentner təşkil edib. Rayonun daha çox taxıl əkilən Bəyimli qəsəbə, Çallı, Körpükənd, Alıcanlı, Məlikli və bir sıra digər ərazi vahidlərində taxılçılar daha yaxşı göstəriciyə nail olublar. Qeyd edək ki, cari ilin məhsulu üçün rayonda 19753,5 hektarda taxıl, o cümlədən 13010 hektarda buğda, 6743,5 hektarda arpa yetişdirilib.

Keçidlər