Şriftin ölçüsü :

Saytın rəngi :

Zərdab rayonu üzrə 2017-ci ilin 6 ayının demoqrafik göstəriciləri

25 iyul 2017 | 16:00

Zərdab rayonunun ərazisi 0,86 min kv km olmaqla əhalinin sıxlığı (1 kv.km düşən əhali) 67 nəfərdir. Zərdab rayonunda  01 iyul 2017-ci il vəziyyətinə 42 yaşayış məntəqəsi olmaqla 1 şəhər, 1 qəsəbə, 40 kənd yaşayış məntəqəsi mövcuddur.  2017-ci il yanvar-iyun aylarında Zərdab rayonun əhalisinin sayı 135 nəfər və ya 0,2 faiz artaraq 57818 nəfərə çatmışdır. Əhalinin 20,4 faizi şəhər, 79,6 faizi isə kənd yerlərində yaşayır.
Cari ilin ilk altı ayında Zərdab  rayon əhalisinin 28967 nəfər və ya 50,1 faizini kişilər, 28851 nəfər və ya 49,9 faizini qadınlar təşkil edir.
Cari ilin ilk altı ayında rayonda 328, hər gün orta hesabla 2 körpə doğulmuşdur  ki, onların da 16,8 faizi şəhərdə, 83,2 faizi isə kənd yerlərində qeydə alınmışdır. Təbii artım 108 nəfər olmuşdur. Rayon üzrə orta hesabla bir qadına bütün ömrü boyu  2,2 doğulmuş uşaq düşür və əhalinin təkrar istehsalı təmin olunur.
2017-ci ilin yanvar-iyun aylarında  Zərdab rayonunda 220 ölüm qeydə alınmışdır. Bundan 4 nəfəri 1 yaşa qədər ölüm olmuşdur. 1-yaşa qədər ölümün hamısı kənd yerlərində qeydə alınmışdır. 1-4 yaşda - 3,  20-24 yaşda - 3,  30-34 yaşda - 3, 35-39 yaşda - 5, 40-44 yaşda - 1, 45-49 yaşda - 9, 50-54 yaşda - 10, 55-59 yaşda - 14, 60-64 yaşda - 15, 65-69 yaşda - 16, 70-74 yaşda - 16, 75-79 yaşda - 37, 80-84 yaşda - 37, 85 yaşdan yuxarı - 47 nəfər ölüm halları qeydə alınmışdır. Keçən ilin müvafiq dövrünə nisbətən əhalinin hər 1000 nəfərinə hesabı ilə ölənlərin sayı 3,2-dən 3,8-ə qədər artmışdır. Ölümün əsas səbəbləri qan dövranı sisteminin xəstəliklərindən, yenitörəmələrdən, həzm sisteminin xəstəliklərindən və tənəffüs orqanlarının xəstəliklərindən ibarət olmuşdur.
Altı ay ərzində rayon üzrə 135 nikah və 37 boşanma halı qeydə alınmışdır. Birinci nikaha daxil olanların rayon üzrə orta yaş həddi kişilər arasında 27,6, qadınlar arasında isə 23,7 yaş təşkil edir.
2017-ci ilin yanvar-iyun ayları ərzində Dövlət Miqrasiya Xidmətinin və Daxili İşlər Nazirliyinin müvafiq qurumları tərəfindən Zərdab rayonuna daimi yaşamaq üçün 57 nəfər gələn olmuşdur ki, bu göstərici şəhər yerlərində 19,3 faiz,  kənd yerlərində 80,7 faiz təşkil etmişdir. Rayon üzrə miqrasiya artımı 27 nəfər olmuşdur.
Zərdab rayon Statistika İdarəsi

Keçidlər