Şriftin ölçüsü :

Saytın rəngi :

Zərdabda “İslamda sosial ədalət və həmrəylik" mövzusunda tədbir keçirilib

25 iyul 2017 | 16:00

İyulun 25-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) dəstəyi ilə  Zərdab şəhər “Cümə”  məscidi dini icması tərəfindən “İslam həmrəyliyi sülhə çağırışdır” layihəsi çərçivəsində “İslamda sosial ədalət və həmrəylik" mövzusunda tədbir keçirilib.
Tədbirdə DQİDK-nın Ucar bölgəsi üzrə şöbəsinin müdiri Əzim Rəfiyev və şöbənin əməkdaşları, DQİDK-nın İctimaiyyətlə əlaqələr şöbəsinin əməkdaşı Anar Məcidzadə, Zərdab Rayon İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini - dini qurumlarla işin təşkilatçısı Murad Həsənov, “Cümə” məscidi dini icmasının sədri və axundu Feyzulla Tağıyev və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan icma sədri Feyzulla Tağıyev mövzu barədə məlumat verib.
Mövzu ilə bağlı çıxış edən DQİDK-nın Ucar bölgəsi üzrə şöbəsinin müdiri Əzim Rəfiyev tarixən çoxmillətli və çoxkonfessiyalı dövlət olan Azərbaycanda etnik və dini müxtəlifliyin ölkəmizin mili sərvəti kimi dəyərləndirildiyini qeyd edib. İslam aləmində dünyəvi dövlətçiliyin nadir modellərindən biri kimi tanınan Azərbaycanın müsəlman ölkələri arasında vəhdətin yaradılmasında, İslam həmrəyliyi prosesində öndə getməyə qadir olduğunu vurğulayıb.
Daha sonra çıxış edən DQİDK-nın İctimaiyyətlə əlaqələr şöbəsinin əməkdaşı Anar Məcidzadə qeyd edib ki, islamofobiyanın baş alıb getdiyi bir dövrdə Prezident cənab İlham Əliyevin Sərəncamı ilə 2017-ci ilin ölkəmizdə “İslam Həmrəyliyi İli” elan edilməsi dünyaya verilən bir sülh mesajıdır. A. Məcidzadə qeyd edib ki, dövlət başçısının bu təşəbbüsü fərqli irqlərə, dinlərə, məzhəb və mədəniyyətlərə mənsub bütün insanları bir araya gətirmək baxımından əhəmiyyətə malikdir.
Zərdab RİH başçısı Aparatının nümayəndəsi Murad Həsənov və DQİDK-nın Ucar bölgəsi üzrə şöbəsinin əməkdaşı Sədi Hüseynov bu cür maaarifləndirmə tədbirlərinin keçirilməsinin əhəmiyyətindən danışıblar. Natiqlər milli-mənəvi dəyərlərimizin qorunmasına və inkişafına göstərdiyi diqqət və qayğıya görə dövlət başçısı cənab İlham Əliyevə təşəkkürlərini bildiriblər.
Sonda tədbir iştirakçılarının sualları cavablandırılıb.
Qeyd edək ki, tədbir Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin ölkədə dini maarifləndirmə və milli-mənəvi dəyərlərin təbliği işini daha da gücləndirmək məqsədilə dini icmalara maliyyə yardımı göstərmək üçün imzaladığı Sərəncama əsasən keçirilib.

Keçidlər