Şriftin ölçüsü :

Saytın rəngi :

Zərdabda müharibə veteranları ilə görüş keçirilib

29 iyul 2017 | 16:00

29 iyul 2017-ci il tarixdə Zərdab şəhərindəki Gənclər Mərkəzində Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin və Zərdab Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə “Müharibə veteranlarının problemlərinin araşdırılması” adlı layihə çərçivəsində müharibə veteranları ilə görüş keçirilmişdir.
Görüşdə dövlətimizin müharibə veteranlarına, müharibə əlillərinə və şəhid ailələrinə şamil etdiyi güzəşt və imtiyazlardan yararlana bilmələri üçün hüquqi yardım göstərilmiş və onların qarşılaşdığı problemlər araşdırılaraq müvafiq tövsiyələr verilmişdir.
Görüşdə İctimai Birliyin sədr müavinləri Vahid Abdurəhmanov, Kamil Şirinov, Akif Abbas, sədrin səlahiyyətli nümayəndəsi Niyazi Quliyev, “Fədai” qəzetinin baş redaktoru Xəqani Rzaquliyev, hərbi həkim Habil Şirinov iştirak etmişlər.

Keçidlər