Şriftin ölçüsü :

Saytın rəngi :

ZƏRDABDA QURBAN BAYRAMI QEYD EDİLDİ

01 sentyabr 2017 | 16:00

Zərdabda qurban bayramı münasibətilə ümumrayon tədbiri keçirilib. İcra Hakimiyyətinin rəhbərliyi altında qurbanlar kəsilərək şəhid ailələrinə, Qarabağ və Çernobıl əlillərinə, valideyn himayəsindən məhrum olmuş uşaqlara, yataq xəstələrinə, tənha və imkansızlara paylanılıb. Ümumilikdə 350-dən çox ailə bayram payı ilə təmin olunub.
Rayon İcra Hakimiyyətinin başçısı cənab Lütvəli Babayev Qurban bayramı münasibətilə təşkil olunan mərasimdə çıxış edərək bütün zərdablıları bayram münasibətilə təbrik edib, milli-mənəvi dəyərlərimizə göstərilən dövlət qayğısından söhbət açıb. Müqəddəs Qurban bayramının mahiyyəti haqqında geniş məlumat verib.
Tədbir iştirakçıları dövlətimizin milli mənəvi dəyərlərimizin qorunub-saxlanılmasına, onlara göstərilən diqqət və qayğıya görə ölkə Prezidenti cənab İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.

Keçidlər