Şriftin ölçüsü :

Saytın rəngi :

Zərdabda tələbələrlə görüş keçirildi

04 sentyabr 2017 | 16:00

04 sentyabr 2017-ci il tarixdə Zərdab Rayon İcra Hakimiyyətində 2017-ci ildə ali məktəblərə qəbul olmuş tələbələrlə görüş keçirilib.
Görüş iştirakçıları öncə Ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzüblər.
Görüşdə çıxış edən Zərdab Rayon İcra Hakimiyyətinin başçısı cənab Lütvəli Babayev ölkə Prezidenti cənab İlham Əliyevin diqqət və qayğısı sayəsində son illər respublikamızın bütün regionlarında olduğu kimi Zərdab rayonunda da təhsilin inkişafı istiqamətində görülmüş işlərdən danışıb. Qeyd edilib ki, 2017-ci ildə rayonun tam orta məktəblərini 431 nəfər məzun bitirib, onlardan 196 nəfəri Dövlət İmtahan Mərkəzinə sənəd verib. 2007-ci ildə cəmi 49 nəfər məzun ali məktəbə qəbul olmuşdursa, bu il bu göstərici 165 nəfər olub, 7 nəfər məzun qəbul imtahanlarında 600-dən çox bal toplayıb.
Rayon Təhsil Şöbəsinin müdiri Lalə Əmirəliyeva, Yarməmmədbağı kənd tam orta məktəbin məzunu, həmin məktəbi qızıl medalla bitirən, 662 balla Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasına qəbul olmuş Aytən Şirinova, Yarməmmədbağı kənd tam orta məktəbin məzunu, həmin məktəbi qızıl medalla bitirən, 645 balla  Bakı Dövlət Universitetinə qəbul olmuş Cəvahir Əhmədova, şəhər 1 nömrəli məktəb-liseyin məzunu, 625 balla Azərbaycan Dövlət Neft və Sənaye Universitetinə qəbul olmuş Tural Süphanzadə,  Şahhüseynli kənd tam orta məktəbin məzunu, 624 balla Azərbaycan Dövlət Neft və Sənaye Universitetinə qəbul olmuş Zahid Həsənxanlı, Şəhər 1 nömrəli məktəb-liseyin məzunu, 621 balla Azərbaycan Tibb Universitetinə qəbul olmuş Raul Rəsulzadə, Gəlmə kənd tam orta məktəbin məzunu, 619 balla Azərbaycan Dövlət İqtisad Universitetinə qəbul olmuş Samir Qədirli, Şıxbağı kənd tam orta məktəbin məzunu, 601 balla  Bakı Dövlət Universitetinə qəbul olmuş Pərvin Əhmədli, Şıxbağı kənd tam orta məktəbin məzunu, 593 balla  Azərbaycan Xarici Dillər Universitetinə qəbul olmuş Sahil Əhmədovun valideyni Əbülfət Əhmədov, Pərvanlı kənd tam orta məktəbin məzunu, 593 balla  Azərbaycan Tibb Universitetinə qəbul olmuş Samir Müslümzadənin sinif rəhbəri Tahirə Əliyeva çıxış edərək ölkəmizdə təhsilin inkişafına göstərdiyi diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevaya  öz minnətdarlıqlarını bildiriblər.
Sonda rayonda təhsilin inkişafında səmərəli fəaliyyət göstərmiş bir qrup təhsil işçisinə Rayon İcra Hakimiyyətinin Fəxri Fərmanları, yüksək balla ali məktəblərə daxil olmuş tələbələrə qiymətli hədiyyələr, Təhsil Nazirliyi tərəfindən qızıl medala layiq görülmüş məzunlara isə medallar təqdim olunub.

Keçidlər