Şriftin ölçüsü :

Saytın rəngi :

Zərdabda kütləvi pambıq yığımı kampaniyası davam edir

13 sentyabr 2017 | 16:00

Zərdabda kütləvi pambıq yığımı kampaniyası davam edir və artıq məhsul toplanışına pambıqyığan maşınlar da cəlb olunur.

Rayon icra hakimiyyətindən AZƏRTAC-a bildirilib ki, Prezident İlham Əliyevin tapşırıq və tövsiyələrinə əsasən ötən ildən pambıqçılığın inkişafı istiqamətində ardıcıl tədbirlər həyata keçirilir. Təsadüfi deyil ki, cari ilin məhsulu üçün əkin sahələri 4 dəfəyədək artaraq 3232,3 hektara çatdırılıb.

Rayonda hazırda kütləvi pambıq yığımı davam edir. Məhsul toplanışına 1500 nəfərdən çox işçi qüvvəsi cəlb olunub. Qısa vaxtda 275 ton “Ağ qızıl” toplanılıb və yığılan məhsulun 211,4 tonu qurudularaq qəbul məntəqələrinə təhvil verilib.

Məhsul yığımında pambıqyığan maşınlardan da istifadə edilir.

Zərdabda pambığın tez və itkisiz yığılması üçün bütün qüvvələr səfərbər olunub.

Keçidlər