Şriftin ölçüsü :

Saytın rəngi :

Zərdab rayonu üzrə sənayenin göstəriciləri

14 noyabr 2017 | 16:00

Azərbaycan Respublikasında bütün sahələrdə olduğu kimi sənaye sahəsi də durmadan günü-gündən inkişaf edir. Bu inkişaf Zərdab rayonunda da öz təzahürünü göstərməkdədir.
Rayon üzrə fəaliyyət göstərən sənaye müəssisələri tərəfindən 2017-ci ilin yanvar-sentyabr aylarında Zərdab rayonu sənayesində malların istehsalı və xidmətlərin göstərilməsi 2746,0 min manatlıq olmuşdur. Malların istehsalı və хidmətlərin göstərilməsinin həcmi elektrik enerjisinin bölüşdürülməsi və satışı sahəsində 66,6 faiz, qazın bölüşdürülməsi və satışı sahəsində 16,1 faiz, suyun yığılması və paylanması sahəsində 4,9 faiz, tullantıların yığılması və məhv edilməsi sahəsində görülən işin həcmi 0,2 faiz, qida məhsullarının istehsalı sahəsində 4,7 faiz, fiziki şəxslərdə isə bu göstərici 7,5 faiz təşkil etmişdir.
Sənaye sahəsində yüklənmiş mallar, görülən işlər, göstərilmiş xidmətlərin həcmi əsasən  elektrik enerjisi, təbii qazın bölüşdürülməsi və satışı sahələri üzrə artmışdır. Sənayedə görülən ümumi işin 12,2 faizi emal sənayesinin, 82,7 faizi elektrik enerjisi, qaz, buxar və kondisiyalaşdırılmış hava ilə təchizatı sənayesinin, 5,1 faizi su təchizatı, çirkli suların və tullantıların təmizlənməsi sənayesinin payına düşmüşdür. 
Sənaye sahəsi üzrə çalışanların 34,4 faizi elektrik enerjisi, qaz, buxar və kondisiyalaşdırılmış hava ilə təchizatı sahəsində çalışır. Bu sahədə çalışan bir işçiyə düşən оrta aylıq əmək haqqı 519,6 manat оlmuşdur. Keçən ilin müvafiq dövrünə nisbətən bir işçiyə düşən orta aylıq əmək haqqı 2,9 faiz artmışdır. Sənaye sahəsi üzrə çalışanların 49,4 faizi su təchizatı, tullantıların təmizlənməsi və emalı sahəsində çalışanlardır. Hər bir işçiyə düşən orta aylıq əmək haqqı 157,2 manat olmaqla keçən ilin müvafiq dövrünə nisbətən orta aylıq əmək haqqının 92,6 faizini təşkil etmişdir.
Sənaye sahəsi üzrə işçilərin 16,1 faizi emal sənayesində çalışanların  payına düşür. Keçən ilin müvafiq dövrünə nisbətən emal sənayesi sahəsində işçilərin orta sayı iki dəfədən çox artmışdır. Bu sahədə çalışanların orta aylıq əmək haqqısı 189,4 manat olmuşdur ki, bu da keçən ilin müvafiq dövrünə nisbətən 56,0 faiz artmışdır. 

© Materiallardan istifadə edərkən istinad olunmalıdır.

Zərdab rayon Statistika İdarəsinin məsləhətçisi Əzizə Əhmədova

Keçidlər