Şriftin ölçüsü :

Saytın rəngi :

Fövqəladə hallar naziri Zərdabda vətəndaşların qəbulunu keçirib

24 noyabr 2017 | 16:00

Zərdab, 24 noyabr, AZƏRTAC

Noyabrın 24-də fövqəladə hallar naziri Kəmaləddin Heydərov Zərdab şəhərində Ucar, Göyçay, Kürdəmir və Zərdab rayonlarının sakinlərinin, həmçinin həmin rayonlarda məskunlaşmış məcburi köçkünlərin qəbulunu keçirib.

AZƏRTAC xəbər verir ki, fövqəladə hallar naziri tərəfindən qəbul edilən 20 vətəndaşın müraciətlərinin bir çoxu yerindəcə öz həllini tapıb, bir sıra məsələlərlə bağlı qanunvericiliyə uyğun dərhal zəruri tədbirlərin görülməsi barədə aidiyyəti strukturların rəhbərlərinə tapşırıqlar verilib.

Bundan başqa, kadr məsələləri ilə bağlı 64, digər məsələlərlə əlaqədar müraciət etmiş 97 vətəndaş nazir müavinləri və nazirliyin müvafiq baş idarə və qurum rəhbərliyi tərəfindən qəbul olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Keçidlər