Şriftin ölçüsü :

Saytın rəngi :

ZƏRDABDA VALİDEYN HİMAYƏSİNDƏN MƏHRUM OLMUŞ VƏ HƏR İKİ VALİDEYNİNİ İTİRMİŞ UŞAQLARLA GÖRÜŞ KEÇİRİLDİ

26 dekabr 2017 | 16:00

Dünya Azərbaycanlılarının Həmrəyliyi günü və Yeni il münasibətilə Zərdabda valideyn himayəsindən məhrum olmuş, hər iki valideynini itirmiş uşaqlarla və onların himayədarları ilə görüş keçirilib.
İcra Hakimiyyətinin başçısı cənab Lütvəli Babayev görüşdə çıxış edərək ölkəmizdə həyata keçirilən sosial layihələrin əhəmiyyətindən, aztəminatlı ailələrə, xüsusi qayğıya ehtiyacı olan soydaşlarımıza göstərilən davamlı diqqət və qayğıdan faktlarla söz açıb. Heydər Əliyev Fondunun bu istiqamətdə həyata keçirdiyi tədbirlərin əhəmiyyəti xüsusi vurğulanıb. Uşaqlara bayram sovqatları və maddi yardımlar verilib.
Görüşdə çıxış edənlər onlara göstərilən diqqət və qayğıya görə ölkə Prezidentinə minnətdarlıq ediblər.

© Materiallardan istifadə edərkən istinad olunmalıdır.

Keçidlər