Şriftin ölçüsü :

Saytın rəngi :

31 Mart – Azərbaycanlıların soyqırımının 100 illiyi ilə bağlı anım mərasimi keçirilib

31 mart 2018 | 16:00

Zərdabda bütün dünya azərbaycanlılarının kədər və hüznlə qeyd etdiyi 31 mart – Azərbaycanlıların soyqırımının 100 illiyi ilə bağlı anım mərasimi keçirilib.
Respublikanın hər bir regionunda olduğu kimi, Zərdab rayonunda da 31 Mart – Azərbaycanlıların soyqırımının 100 illiyi ərəfəsində müxtəlif  tədbirlər hazırlanıb həyata keçirilib. Rayon İcra Hakimiyyəti başçısının təsdiq etdiyi tədbirlər planına uyğun olaraq rayonun bütün əmək  kollektivlərində, şəhər, qəsəbə və kənd inzibati ərazi dairələrində mart  ayı ərzində  «Azərbaycanlıların soyqrımı günü»nə həsr olunmuş müxtəlif  tədbirlər həyata keçirilib, təhsil, mədəni-maarif  müəssisələrində Azərbaycanlıların soyqırımından bəhs edən stendlər, kitab sərgiləri təşkil edilib, divar qəzetləri və bulletenlər hazırlanıb, anım mərasimləri keçirilib. Dünəndən başlayaraq bağça uşaqlarının, məktəblilərin, müharibə veteranlarının, rayon ictimaiyyətinin «Şəhidlərin Xatirə Parkı»nı ziyarət etmələri təşkil edilib, bu gün münasibətilə  «Əkinçi» qəzetində müxtəlif materiallar dərc edilib.
Dini icmalar tərəfindən rayondakı məscidlərdə Azərbaycanlıların soyqırımı qurbanlarının xatirəsinə dini mərasimlər keçirilib və bu gün də bu tədbirlər davam etməkdədir. Rayonun qəsəbə və kəndlərində kənd əhalisi və məktəblilər tərəfindən şəhidlərin xatirəsinə ucaldılmış abidələrin ziyarət olunması, onların önünə gül-çiçək qoyulması təşkil olunub.
Bu gün Rayon İcra Hakimiyyətində anım mərasimi keçirilib, videoçarx nümayiş olunub. Rayon rəhbərliyi və mərasim iştirakçıları Azərbaycanlıların soyqırımına həsr olunmuş divar qəzetləri, əl işləri və kitab sərgisi ilə tanış olublar.
Daha sonra rayon rəhbərliyi, əmək kollektivlərinin üzvləri və ictimaiyyət nümayəndələri Şəhidlərin xatirə parkını ziyarət edərək onların xatirəsinə ucaldılmış komplekslərin önünə gül dəstələri düzüblər.

© Materiallardan istifadə edərkən istinad olunmalıdır

Keçidlər