Şriftin ölçüsü :

Saytın rəngi :

ZƏRDABDA ÇERNOBIL ƏLİLLƏRİ İLƏ GÖRÜŞ KEÇİRİLDİ

26 aprel 2018 | 16:00

Aprelin 26-da Çernobıl AES-dəki qəzanın nəticələrinin aradan qaldırılmasında iştirak etmiş həmyerlilərimizin şərəfinə görüş keçirildi.

Görüşdə rayon icra hakimiyyəti başçısının birinci müavini Rəhman Feyzullayev çıxış edərək iştirakçıları salamladı və rayonumuzun rəhbəri hörmətli Lütvəli Babayevin salamlarını onlara çatdırdı.

Çernobıl qəzasının miqyasından, törətdiyi fəsadlardan, azərbaycanlıların, o cümlədən zərdablıların orada göstərdiyi fədakarlıqdan danışan R.Feyzullayev dedi ki, ümummilli liderimiz Heydər Əliyevin ölkəmizdə siyasi hakimiyyətə qayıdışından sonra ilk imzaladığı sənədlərdən biri də 1993-cü il 6 dekabr tarixli “Çernobıl qəzası iştirakçılarının sosial müdafiəsi haqqında” Qanun olmuşdur. Məhz bu qanun Çernobıl qəzası iştirakçılarına göstərilən diqqət və qayğının təzahürü olmaqla, həmin insanlara mühüm güzəştlərin tətbiqinə də imkan yaratmışdır.

Görüşdə bildirildi ki, Azərbaycan dövləti möhtərəm Prezidentimiz cənab İlham Əliyevin məqsədyönlü rəhbərliyi sayəsində gündən-günə inkişaf edir, qüdrətlənir və sözsüz ki, ölkəmizin maliyyə imkanları artdıqca əhalinin sosial müdafiəsi tədbirləri də genişlənir. Bu tədbirlər çərçivəsində Çernobıl qəzası iştirakçıları, o cümlədən Zərdab rayonunda yaşayan, Çernobıl qəzasının aradan qaldırılmasında iştirak etmiş insanlar da qayğı ilə əhatə olunurlar.

Tədbirdə iştirak edən 18 nəfər Çernobıl veteranı adından Namət Qasımov, Hüseyn Mikayılov və Edik Məmmədov çıxış edərək diqqət və qayğıya görə ölkə Prezidentinə və rayon rəhbərliyinə minnətdarlıq etdilər.

Tədbirin sonunda çernobılçılara yardımlar edildi.

© Materiallardan istifadə edərkən istinad olunmalıdır.

 

Keçidlər