Şriftin ölçüsü :

Saytın rəngi :

Zərifə xanım Əliyevanın anadan olmasının növbəti il dönümü ilə bağlı Zərdab rayonunda xatirə toplantısı keçirilib

26 aprel 2018 | 16:00

Tibb elminin inkişafına göstərdiyi xidmətləri ilə xalqın qəlbində özünə əbədi məbəd tikmiş görkəmli alim Zərifə xanım Əliyevanın xatirəsi Zərdabda məhəbbət hissi ilə yad edilib. Böyük oftalmoloq-alimin anadan olmasının 95-ci il dönümü ilə əlaqədar Zərdab Rayon  İcra Hakimiyyətinin Mərkəzi Xəstəxana ilə birgə təşkil etdiyi toplantıda bildirilib ki,  Zərifə xanım geniş bilik diapazonu, həssaslıq və nəcibliyi ilə həkimliyin, alimliyin, həm də pedaqoqluğun ali zirvəsinə yüksəlib. Müasir Azərbaycan dövlətinin qurucusu, bütün mənalı həyatını vətənin və xalqının tərəqqisinə həsr etmiş ümummilli liderimiz Heydər Əliyevin vəfalı ömür-gün yoldaşı, sədaqətli dostu, etibarlı silahdaşı olan Zərifə xanım Azərbaycan qadınları üçün qürur və iftixar mənbəyidir. Rayon Mərkəzi Xəstəxanasının baş həkimi Ruslan Nemətov məlumat verib ki, akademik Zərifə xanım Əliyeva 150-dən artıq elmi əsərin, 10 monoqrafiyanın, 12 səmərələşdirici təklifin, dərs vəsaitlərinin müəllifi olmaqla yanaşı həm də yüksək ixtisaslı həkim kadrların yetişməsində fədakarlıq göstərib. İnsanların gözlərinə nur bəxş edən görkəmli alimin xarakteri ilə təcəssüm tapan nəcib xüsusiyyətlər onu xeyirxah bir insan kimi də qəlblərdə yaşadır. Tədbirdə digər çıxış edənlər alimin ictimai xadim kimi xidmətlərindən danışıb, çoxsaylı insani keyfiyyətlərindən söz açıblar.

© Materiallardan istifadə edərkən istinad olunmalıdır.

Keçidlər